Kalın: Azərbaycanla Ermənistan arasında saziş Qafqazda sülh üçün vacib rol oynaya bilər

Kalın: Azərbaycanla Ermənistan arasında saziş Qafqazda sülh üçün vacib rol oynaya bilər backend

Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevirilməz.

Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “NTV“ kanalına müsahibəsində bildirib.

 

O qeyd edib ki, indiki vəziyyətə nəzər yetirdikdə məlum olur ki, hər iki tərəfin məsələlərin yenidən danışıqlar yolu ilə həll edilməsi üçün iradəsi var.

 

“Təməl problem budur ki, 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalandı, amma sülh sazişi yox. İndi bu müzakirələr davam edir. Bu, təbii ki, hərtərəfli bir sazişdir. Artıq iki dövlətin normallaşmaya gedəcək prosesdəki addımları, sərhədləri, sərhədlərin təhlükəsizliyi, dəhlizi, Azərbaycan ərazisində qalan ermənilərin vəziyyətini müəyyən edəcək bir sənəd olacaq. Bu sazişin imzalanması Qafqazda sülh və sabitliyin bərqərar olmasında kritik rol oynayacaq”, - deyə o bildirib.

 

Kalın əlavə edib ki, burada hər hansı ünsürün yanlış istifadəsi yaxın illərdə yenidən müharibəyə yol aça bilər. Eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları məsələsi də öz həllini tapmalıdır və imzalanacaq saziş bu məsələni də əhatə edir.

loading...
Diaspora