Rusiya İranın kamikadze dronları ilə Odessaya hücum etdi, dağıntılar və qurbanlar var...

Rusiya İranın kamikadze dronları ilə Odessaya hücum etdi, dağıntılar və qurbanlar var... backend

"Rusiya kamikadze dronlardan Zaporojye vilayətində və Xarkov ətrafında aktiv şəkildə istifadə etməyə başlayıb, bu da Ukraynanın əkshücumunu çətinləşdirib..."

 

Rusiya İran istehsalı olan "Şəhid-136" kamikadze dronlarla Odessaya hücum edib.

 

Ukrayna Quru qoşunlarının "Cənub"  bölməsinin komandanlığının operativ məlumatına görə, iki pilotsuz uçuş aparatı liman rayonunda inzibati binanı dağıdıb, yanğın baş verib.

 

Daha bir PUA Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən dəniz üzərində vurulub.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

 

Bir nəfərin həlak olduğu deyilir, dərc edilən kadrlardan yerdən şəhər üzərində uçan dronlara atəş açıldığı eşidilir.

 

Bundan öncə məlumat verilib ki, Rusiya aktiv şəkildə kamikadze dronlardan Zaporojye vilayətində və Xarkov ətrafında istifadəyə başlayıb və bu, Ukrayna Silahlı Qüvvələrinin (USQ) əkshücumunu çətinləşdirib.

 

Hələlik isə Rusiya Odessa limanını dağıtmağa cəhd edir, bu limanla Ukrayna taxılının dünya bazarlarına tədarükü həyata keçirilir.

 

USQ Donetsk vilayətində Yatskovka yaşayış məntəqəsini azad edib, Bahmut yaxınlığında mövqelərə nəzarəti bərpa edib və Limana hücum həyata keçirir.

 

Bu barədə brifinqdə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov danışıb.

 

Diaspora