Ermənistan tərəfinin Kəlbəcər istiqamətində təxribatının qarşısı alınıb

Ermənistan tərəfinin Kəlbəcər istiqamətində təxribatının qarşısı alınıb backend

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu Kəlbəcər istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.