G20 qrupunun toplantısında nümayəndə heyətimiz də var

G20 qrupunun toplantısında nümayəndə heyətimiz  də var backend

Sentyabrın 3-də Ankarada Türkiyə Respublikasının sədrliyi ilə fəaliyyət göstərən G20 qrupuna üzvü olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı işə başlayıb.


Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunduğu qrupun bu iclasında ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantı Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Əhməd Ərdəmin açılış nitqi ilə işə başlayıb.

Nazir S.Müslümovun toplantıda çıxışı nəzərdə tutulub.

Toplantıda Ankara Bəyannaməsi qəbul olunacaq.
Diaspora