Vətən müharibəsi qazisinə vəzifə verildi

Vətən müharibəsi qazisinə vəzifə verildi backend

Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kadr təyinatı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə Aslanov İsmayıl Yusif oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İsmayıl Aslanov Vətən müharibəsi qazisi, 3-cü qrup əlildir.

loading...
Diaspora