“20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

“20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb backend

“20 Yanvar” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb.

Təşkilatdan Qaziler.az daxil olan məlumata görə, layihənin məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.

“20 Yanvar” İB-in sədri Sultan Əzimzadə qeyd edib ki, Vətən naminə çalışan, milli mənafeni hər şeydən üstün tutan, torpaq uğrunda canından keçən qəhrəmanlarımızın adı daim əziz tutulmalı, qəlblərdə yaşamalıdır və  bu insanların nəsillərə nümunə olan şərəfli həyatı, vətən üçün fədakarlığı gənclərimizə miras olaraq çatdırılmalıdır, onlar daim yaşadılmalıdır.

Layihə çərçivəsində həyata keçiriləcək gizir Nemət Cavid oğlu Cavadlı, Əsgər Nicat Niyadxan oğlu Orucov, kiçik çavuş Eltay Əli oğlu Quliyev, Kiçik gizir Elnur Fəxrəddin oğlu Ağaəhmədov, əsgər Yaşar Əli oğlu Xudayev, Aqşin Əli oğlu Həsənova həsr olunacaq. 

Belə ki, sözügedən layihənin icrası 2022-ci ilin sentyabr ayının 1-dən dekabr ayının 1-nə qədər Bakı şəhəri Sabunçu rayonu, İmişli rayonu, Gəncə şəhəri, Xızı rayonu, Quba rayonu Dağlı kəndi, Bərdə regionlarını əhatə edəcək.

loading...
Diaspora