Xarici ölkələrdəki ali təhsil müəssisələrində olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunduğunu görmüşük. Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq.
Bu sözləri Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov ali təhsil müəssisəsinin bufetində oturacaqların yığışdırılmasına münasibət bildirərkən deyib.
“Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub, oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.
Qeyd edək ki, ötən gün Odlar Yurdu Universitetinin bufetində stullar yığışdırılması haqqında sosial şəbəkələrdə videogörüntülər yayılıb.