Baş prokuror Ağdamda müşavirə keçirdi - FOTO

Baş prokuror Ağdamda müşavirə keçirdi - FOTO backend

Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirib.

"Report"un əldə etdiyi məlumata görə, işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən informasiya təsdiq edilib.

Diaspora