Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.
Bu barədə APA-nın yerli bürosuna N. Pənahlının yaxınları məlumat verib.
Bildirilib ki, 12 yaşlı məktəbli şəhərin 6-cı mikrorayon ərazisindən tapılıb.
Xatırladaq ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.
Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir.