İşğaldan azad edilən ərazilərə səfərlər bərpa olunub? - RƏSMİ AÇIQLAMA

İşğaldan azad edilən ərazilərə səfərlər bərpa olunub? -  RƏSMİ AÇIQLAMA backend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlərin təxirə salınaraq başqa tarixlərə keçirilməsi ilə bağlı açıqlama yaymışdı.

Bəs işğaldan azad edilən ərazilərə səfərlər nə vaxt bərpa ediləcək?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.

Yalnız ötən həftə bir neçə səfər təxirə salınaraq digər tarixlərə keçirilib. Səfərlərin təxirə salındığı tarixlərdən 2 gün öncə bu reyslərin sərnişinləri ilə telefon əlaqəsi yaradılaraq bu barədə onlara məlumat verilib.

loading...
Diaspora