Direktor Nüsrət Kəsəmənlinin qazi nəvəsini işə götürmədi

Direktor Nüsrət Kəsəmənlinin qazi nəvəsini işə götürmədi backend

Tanınmış şair Nüsrət Kəsəmənlinin nəvəsi, 44 günlük Vətən müharibəsi qazisi Cavidan Kəsəmənli Gənc Tamaşçılar Teatırının direktoru Naidə İsmayılzadənin onu işə götürməkdən imtina etdiyini bildirib.

Qaziler.az Bakupost.az-a istinadla xəbər verir ki, müharibə iştirakçısı olan Cavidan Kəsəmənli teatrda çalışmaq üçün Naidə İsmayılzadəyə müraciət edib.

Söhbət zamanı direktor ona ştatda boş yer olmadığını, onunla yalnız əməkdaşlıq edə biləcəyini bildirib:

“Mən 4 dəfə teatra ayaq döydüm. Hər dəfə də mənə yer olmadığı deyildi. Üstündən bir müddət keçmiş öyrəndim ki, həmin olmayan ştata iki aktyor götürüblər. Onları da tanıyıram. Nə istedadları, nə də təhsil səviyyəsi məndən üstün deyil. Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı aktyoru fakültəsinin həm bakalavr, həm magistr pilləsini bitirmiş bir tələbə kimi haqqım olan teatrda işlə təmin olunmağıma dəstək olan insanlar yoxdur! Nəinki dəstək olmaq, hətta bunun qarşısını alan məlum şəxs var! Çox istərdim ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılsın! Buna da kifayət qədər haqqımın olduğunu düşünürəm və sona qədər də mən bu tələbimi edəcəyəm. Çünki mənə qarşı çox ciddi haqsızlıq var və bunun hər hansısa bir nəticəsi olmalıdır”, - deyə aktyor bildirib.

loading...
Diaspora