Salyanda şəhid Sadiq İsayev dəfn edilib - FOTO

Salyanda şəhid Sadiq İsayev dəfn edilib - FOTO backend

Salyanda şəhid Sadiq İsayev torpağa tapşırılıb.

"Report"un məlumatına görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədində genişmiqyaslı təxribatın qarşısını alan zaman şəhid olan 19 yaşlı Sadiq Rəşad oğlu İsayevin nəşi doğulduğu Arbatan kəndinə gətirilib.

Mərasimdə şəhidin yaxınları, rayon İcra Hakimiyyəti rəsmiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Sonra şəhid Sadiq İsayev Salyan Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

Diaspora