Nənəsini qətlə yetirən şəxsə hökm oxunub

Nənəsini qətlə yetirən şəxsə hökm oxunub backend

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda nənəsini qətlə yetirməkdə təqsirləndirilən Murad İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Murad İmanov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Diaspora