Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır backend

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

Bununla bağlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin birinci oxunuşu ilə bağlı məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

loading...
Diaspora