Şəhid Kənan Nəsibov Tovuzda dəfn edilib - FOTO

Şəhid Kənan Nəsibov Tovuzda dəfn edilib - FOTO backend

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbu qulluqçusu Kənan Nəsibov Tovuz rayonunda torpağa tapşırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ermənilərin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid Kənan Cəbrayıl oğlu Nəsibov ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirildikdən sonra rayonun Əsrik Cırdaxan kənd qəbristanlığında dəfn olunub.

Dəfn mərasimində yaxınları ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

Qeyd edək ki, K.Nəsibov düşmənin Laçın istiqamətində törətdiyi təxribat zamanı şəhid olub.

Allah rəhmət eləsin!

loading...
Diaspora