Marketin qarşısında dilənən qaziylə bağlı rəsmi açıqlama

Marketin qarşısında dilənən qaziylə bağlı  rəsmi açıqlama backend

"Sentyabrın 15-də sosial şəbəkələrdə Bakıdakı marketlərdən birinin qarşısında əlil arabasında oturmuş vəziyyətdə, maddi kömək istədiyi görüntüsü yayılan Ağdaş rayon sakini, Vətən müharibəsi iştirakçısı Quliyev Samit Samir oğlu ona əlillik verilmədiyini bildirib".

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov açıqlama verib. O bildirib ki, S.Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib:

"Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o tam sərbəst hərəkət edir.

Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq.

Məlumat üçün deyək ki, müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb", - açıqlamada qeyd edilib. 

loading...
Diaspora