Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda torpağa tapşırılıb - FOTO

Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda torpağa tapşırılıb - FOTO backend

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü H.Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib.

Qeyd edək ki, şəhid H.Nəbiyev subay idi.

loading...
Diaspora