İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım etdi - FOTO

İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım etdi -  FOTO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu üzərində qazandığı inamlı qələbə ilə bağlı tviterdə paylaşım edib.

Qaziler.az xəbər verir ki, paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, “Qarabağ”ın qollarını Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar. Hazırda Ağdam təmsilçisi 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.

loading...
Diaspora