UEFA rədd etmişdi, “Qarabağ” azarkeşləri şəhidləri bu cür andı - VİDEO

UEFA rədd etmişdi, “Qarabağ” azarkeşləri şəhidləri bu cür andı - VİDEO backend

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.

Qaziler.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.

Albaniyalı baş hakim Enea Yorqyi qərar verməsə də, futbolçular da sükut ediblər.

"Köhlən atlar" daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.

Diaspora