Göyçayda şəhid Elnur Məhərrəmov dəfn olunub - FOTO

Göyçayda şəhid Elnur Məhərrəmov dəfn olunub - FOTO backend

Göyçayda şəhid Elnur Məhərrəmov dəfn olunub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Azərbaycan Ordusunun şəhid olan əsgəri Elnur Məhərrəmovla Göyçay rayonunda vida mərasimi keçirilib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlunun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib.

Şəhid Elnur Məhərrəmovun yaşadığı evdə təşkil olunan dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları eləcədə rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub. Şəhidin dəfnində izdham yaşanıb və insanlar "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndirib.

Sonra şəhid Elnur Məhərrəmov Şəkər kənd qəbristanlığında dəfn olunub, cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Nərbala Məhərrəmova təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov könüllü olaraq 11 ay öncə ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb.

Allah rəhmət eləsin!

loading...
Diaspora