Şəhid əsgər Elmir Hüseynov Salyanda dəfn olunub - FOTO

Şəhid əsgər Elmir Hüseynov Salyanda dəfn olunub - FOTO backend

Salyanda şəhid əsgər dəfn olunub.

“Report”un Aran bürosunun məlumatına görə, düşmənin genişmiqyaslı təxribatının qarşısını alan zaman şəhid olmuş Elmir Hüseynovun nəşi doğulduğu Qaraçala qəsəbəsinə gətirilib.

Dəfn mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Evdə vida mərasimindən sonra şəhid E.Hüseynov Qaraçala şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, şəhid Elmir Abdul oğlu Hüseynov 2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulub.

Bir ildir xidmətdə olan E.Hüseynov ailənin ilk övladi idi.

Allah rəhmət eləsin!

Diaspora