XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn olunub - FOTO

XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn olunub - FOTO backend

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, əslən İsmayıllıdan olan, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib.

“Report” xəbər verir ki, 34 yaşlı şəhidimizin nəşi yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhər rəhbərliyi, E.Səmədovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. E.Səmədov düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

loading...
Diaspora