​​​​​​​Şəhid Namiq Məmmədli Bərdədə dəfn olunub

​​​​​​​Şəhid Namiq Məmmədli Bərdədə dəfn olunub backend

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin dövlət sərhədimizin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatnln qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri Bərdə rayon Təhlə kənd sakini, Namiq Ağaməmməd oğlu Məmmədli günorta saatlarında ailəsinə təhvil verilib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, şəhidimizlə vida mərasimi keçirilib.

Vida mərasiminə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, hərbiçilər, qonşu rayonlardan gələn yüzlərlə insanlar qatılıb. Ruhuna dualar oxunduqdan sonra şəhidin cənazəsi Bəcirəvan kənd məzarlığında torpağa tapşırılıb.

loading...
Diaspora