Şəhidlər Ümid İmmamquliyev və Səfiyar Məmmədov torpağa tapşırılıb

Şəhidlər Ümid İmmamquliyev və Səfiyar Məmmədov torpağa tapşırılıb backend

Goranboyda şəhidlər Ümid İmmamquliyev və Səfiyar Məmmədov torpağa tapşırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ermənistan Silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribatlar zamanı şəhid olan, Goranboy rayon Qaradağlı kənd sakini, 2003-cü il təvəllüdlü İmmamquliyev Ümid Vüqar oğlu Qaradağlı kənd qəbristanlığında dəfn olunub.

Düşmən təxribatının qarşısının alınması zamanı şəhid olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu olan, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu isə Balakürd kənd qəbristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və sakinlər iştirak edib.

S.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə Cümhuriyyətinin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif edilmişdi.

loading...
Diaspora