Şəhid Səddam Hüseynov Tovuzda torpağa tapşırılıb - FOTO

Şəhid Səddam Hüseynov Tovuzda torpağa tapşırılıb - FOTO backend

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Səddam Hüseynov doğulduğu kənddə dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1997-ci il təvəllüdlü Hüseynov Səddam Rafiq oğlu bu gün Tovuz rayonunda dəfn olunub.

Rayonunun Çeşməli kənd qəbristanlığında torpağa tapşırılan şəhidin dəfn mərasimində yaxınları ilə yanaşı, Tovuz rayon İcra Hakimiyyətinin başçısı, millət vəkili hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin atası Rafiq Hüseynova təqdim olunub.

Allah rəhmət eləsin!

loading...
Diaspora