Övladını cəmi üç gün görən şəhidimiz II Fəxri xiyabanda torpağa tapşırıldı - FOTO

Övladını cəmi üç gün görən şəhidimiz II Fəxri xiyabanda torpağa tapşırıldı -  FOTO backend

Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovun cənazəsi İkinci Fəxri Xiyabana gətirilib.

“Report” xəbər verir ki, şəhid Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Ravil Hümbətov əslən Cəbrayılın Yarəhmədli kəndindəndir. O, ailəlidir, iki azyaşlı övladı var. Şəhid leytenanta ikinci övladını cəmi 3 gün görmək nəsib olub.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

loading...
Diaspora