Şəhid Rəfael Fətullayev Neftçalada dəfn edilib - FOTO

Şəhid Rəfael Fətullayev Neftçalada dəfn edilib - FOTO backend

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəfael Fətullayev Neftçalanın Bankə qəsəbəsində dəfn edilib.

"Report"un Aran bürosunun məlumatına görə, şəhidin dəfn mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ailə üzvləri, yaxınları, rayon rəsmiləri, hərbçilər və veteranları iştirak ediblər.

Allah rəhmət eləsin!

Diaspora