Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırıldı - FOTO

Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırıldı - FOTO backend

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Bədəlov Cavidan Zaur oğlu İsmayıllıda dəfn edilib.

“Report”un məlumatına görə, şəhid doğulub boya-başa çatdığı rayonunun Talıstan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində C.Bədəlovun ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. C.Bədəlov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.

loading...
Diaspora