Şəhid Xəyal Süleymanovun nəşi Şəmkirdə torpağa tapşırıldı

Şəhid Xəyal Süleymanovun nəşi Şəmkirdə torpağa tapşırıldı backend

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyal Elxan oğlu Süleymanov Şəmkir rayonunda dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 26 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Şeyidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə X.Süleymanovun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. X.Süleymanov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

loading...
Diaspora