Şəhid Azad Kərimov Qazaxda dəfn olunub

Şəhid Azad Kərimov Qazaxda dəfn olunub backend

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azad Kərimov dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla Daş Salahlı kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında olan Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, gizir A.Kərimov ailəli olub, onun 1 və 3 yaşlı oğlu var.

Allah rəhmət eləsin!

loading...
Diaspora