"Ordumuz yaşayış evlərini atəşə tutmur" - RƏSMİ

"Ordumuz yaşayış evlərini atəşə tutmur" - RƏSMİ backend

"Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur".

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - məlumatda qeyd edilib.

loading...
Diaspora