İsrailli ekspert: “Ermənistan sülhə hazır deyil”

İsrailli ekspert:  “Ermənistan sülhə hazır deyil” backend

“Revanş həvəsi Ermənistana baş verənlərdən nəticə çıxarmağa imkan vermir”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeləri möhkəm deyil, müxalifət onu daim zəiflikdə, İkinci Qarabağ müharibəsini uduzmaqda ittiham edir. Lider kimi öz imicini gücləndirmək üçün Paşinyan müxalifətin onu sürüklədiyi təxribata gedir”, - ekspert hesab edir.

O, Ermənistanın özü üçün heç bir nəticə çıxarmamasından təəssüfləndiyini bildirib və əlavə edib ki, “daim qisas almağa can atan, dayanmağı bilməyən insanlar var”: “Paşinyan burnu ovulan kimi guya Azərbaycanı dayandırmaq xahişi ilə bütün dünya liderlərinə zəng vurmağa başlayır".

"Mən Ermənistanda elə lider görmürəm ki, onunla razılığa gəlmək mümkün olsun. Paşinyan öz davranışı ilə mənim proqnozlarımın doğruluğunu bir daha sübut etdi. Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalamaq istəyinə baxmayaraq, Ermənistanda bunu edə biləcək lider yoxdur”, – politoloq bildirib.

Onun sözlərinə görə, Ermənistan sülhə hazır deyil və praqmatik arqumentləri başa düşmür. "Beynəlxalq ictimaiyyətin nəsə edəcəyi ilə bağlı xülyalardan əl çəkmək lazımdır. Beynəlxalq birlik ən aciz konsepsiyadır. O, dünyanın bir çox qaynar nöqtələrində özünü göstərə bilmədi. Beynəlxalq platformalar heç bir sülh müqaviləsinə, heç bir davamlı sülhə gətirib çıxarmayıb”, - Finkel əlavə edib.

loading...
Diaspora