Artıq 25 nəfər deputatlığa namizədliyini verib

Artıq 25 nəfər deputatlığa namizədliyini verib backend

Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində artıq 25 nəfər artıq deputatlığa namizədliyini irəli sürüb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.


M.Pənahov qeyd edib ki, seçkilərin daha aktiv keçməsi gözlənilir. Onun sözlərinə görə, bu dəfə seçkilərdə daha çox partiyanın və namizədin iştirak etməsi gözlənilir.

İclasda, həmçinin daha üç siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Belə ki, Ümid Partiyası 37, Azərbaycan Demokratik İslahatlar Partiyası 6, Böyük Qurtuluş Partiyası 12 səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün MSK-ya müraciət edib.
Diaspora