Ermənistan qoşunları Zəngilanda Azərbaycan sərhədçilərinə hücum edib - Yenilənib

Ermənistan qoşunları Zəngilanda Azərbaycan sərhədçilərinə hücum edib - Yenilənib backend

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: "Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib".

 

*****

11:07

Ermənistan qoşunları Zəngilanda da Azərbaycan sərhədçilərinə hücum edib.

Bu barədə haqqin.az Dövlət Sərhəd Xidmətindəki mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, Ermənistanın hərbçiləri Kəlbəcər və Laçın rayonları ilə yanaşı, dövlət sərhədinin Zəngilan rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd ediblər.

“Dövlət Sərhəd Xidmətinin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alaraq erməni hərbi birləşmələrinə güclü zərbələr endiriblər. Ermənistanın erməni hərbi birləşmələri ağır itkilər verib”, - deyə məlumatda vurğulanıb.

Diaspora