“Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin ailə üzvləri bu gün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Türkiyəyə yola salınıblar.
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)məlumat verilib.
Bildirilib ki, layihəni ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi ortaq həyata keçirir.
Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızın dəvəti ilə baş tutan səfər çərçivəsində şəhidin ailə üzvləri 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.
Səfər zamanı bir sıra rəsmilərin şəhid ailəsi ilə görüşləri də nəzərdə tutulub.



