Sumqayıtda qaz olmayacaq

Sumqayıtda qaz olmayacaq backend

Sabah Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, sentyabrın 13-də saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Diaspora