Bu il əhaliyə Prezident təqaüdləri üzrə 354 mln. manat ödənib

Bu il əhaliyə Prezident təqaüdləri üzrə 354 mln. manat ödənib backend

Yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a daxil olan məluamta görə, onlardan 446 mini sosial müavinətlə, 367 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 532 mln. manat, Prezident təqaüdləri üzrə 28 faiz çox olmaqla 354 mln. manat ödənilib.

Bu ilin 8 ayında 168,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

loading...
Diaspora