Bakıda əlilliyi olan 40-dan çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərilir- FOTO

Bakıda əlilliyi olan 40-dan çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərilir-  FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi olan şəxslərin səyyar sosial reabilitasiyası xidməti çərçivəsində hazırda 42 uşağa səyyar (evdə) sosial reabilitasiya xidməti göstərilir.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2021-ci ilin iyun ayından fəaliyyətə başlayan xidmət ötən dövrdə Bakının rayonları üzrə ümumilikdə 18 yaşınadək əlilliyi olan 138 uşağı əhatə edib.

Hazırda 42 uşağa səyyar sosial reabilitasiya xidmətləri göstərilir.

Onlar daun sindromlu, uşaq serebral iflici, eşitmə məhdudiyyətli, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı ətrafların inkişaf geriliyi olan 6 yaşadək uşaqlardır.

Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssis qrupları həmin uşaqların ünvanlarına gedərək, onları kompleks sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir.

Uşaqlarda davranış pozuntuları, diqqət çatışmazlığı, hiperaktivlik, adaptasiya problemi və s. kimi halların reabilitasiyası üçün işlər aparılır.

Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur.

Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil edilir. 

62 uşağın səyyar sosial reabilitasiyası isə artıq uğurla başa çatıb.

  •  
loading...
Diaspora