Bu il 42 mindən çox şəxsə əlillik təyin olunub

Bu il 42 mindən çox şəxsə əlillik təyin olunub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində 42,5 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 13,6 mininə ilkin, 28,9 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Son 8 ayda həmçinin Agentliyin reabilitasiya müəssisələrində 29,3 min şəxsə reabilitasiya xidməti göstərilib, 9,4 min şəxsə 42,1 min reabilitasiya vasitəsi verilib.

loading...
Diaspora