Şəhid ailəsinə laqeyd və etinasız münasibət... - ŞİKAYƏT

Şəhid ailəsinə laqeyd və etinasız münasibət... -  ŞİKAYƏT backend

Şəhid Ruslan Seyidovun həyat yoldaşı Minarə Seyidova Moderator.az -ın elektron poçt ünvanına şikayət məktubu göndərib.

Moderator.az həmin məktubu təqdim edir:

 

"Şəhid Ruslan Seyidov 1993-cü ildə erməni işğalçılarının torpaqlarımıza təcavüzü zamanı  vətənin dar günündə dözə bilməyib , könüllü olaraq vətənimizin müdafiəsinə qalxib, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə fəal iştirak edib.

 

Tank komandiri olan Ruslan düşmənlə qəhrəmancasına vuruşub, ekipajı ilə birlikdə ermənilərin tutduğu mövqeləri darmadığın edib, düşmənə sarsıdıcı zərbələr endirib.

 

Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında göstərdiyi şəxsi igidliyə, şücaətinə və yüksək keyfiyyətlərə görə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub, Ruslan Seyidova dəfələrlə təşəkkür elan olunub.

 

Ailənin tək övladı olan, Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olan Ruslan Seyidov 32 yaşında, 1993-cü il, 13 dekabrda Beyləqan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

 

Ruslan Seyidov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

 

Hörmətli redaksiya, mən Sumqayıt sakini, Minarə Seyidova şəhid Seyidov Ruslan Yusif oğlunun həyat yoldaşıyam.

 

Mətbuata müraciət etməyimin səbəbi 29 ildir ki, şəhid ailəsi olaraq bizə laqeyd və etinasız münasibətdir.

 

Həyat yoldaşım şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyacları mənim üzərimə düşüb. İki övladımı tibb bacıcı işləyərək min bir əziyyətlə boya -başa çatdırmışam.

 

29 il ərzində mən birdəfəlik 11 000 manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən savayı qanunla şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm.

 

Baxmayaraq ki, himayəmdə 2 uşaq olub, yaşayış şəraitim, maddi vəziyyətimin pis olduğuna görə məsul, vəzifəli şəxslərə, yerli bələdiyyəyə, Ombusmana, deputat Qənirə Paşayevaya, Sumqayıtın 4 icra başçına - Təvəkkül Məmmədova, Vaqif Əliyevə, Eldar Əliyevə, indiki icra başçısı Zakir Fərəcova rəsmən müraciət etmişəm, prezidentə, vitse-prezidentə, aidiyyatı qurumlara yüzlərlə teleqaram vurmuşam, şikayət ərizələri ilə müraciət etmişəm indiyəcən heç bir müsbət nəticə olmayıb, mənə köməklik edilməyib.

 

1993-cü ildən indiyəcən bir-iki halı- 1-2 tədbirə dəvəti, bayramları, əlamətdar günləri istisna etməklə demək olar ki, heç bir rəsmi mənim qurumdan qapımı döyməyiblər, ailə şəraitimlə, sosial durumla maraqlanmayıblar.Halbuki dediyim  kimi mən sosial durumumun yaxşılaşması üçün çoxlu sayda rəsmi qurumlara müraciətlər etmişəm,şikayət etmişəm.

 

Sanki heç belə bir şəhid ailəsi yoxdur. Bu cür laqeydlik mənə və övladlarıma ilk növbədə mənəvi olaraq pis təsir edir. Çünki mənim həyat yoldaşım torpaqlarımızın düşməndən azad olunması uğrunda canını qurban verib.

 

İndi isə çoxlu sayda müraciət etsəm də bizə fərdi yaşıyış yeri tikmək üçün nə torpaq sahəsi verilib, nə mən, mənə düşsə də Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi haqda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq mənzillə təmin olunmuşam, nə də övladlarım ixtisasına uyğun işlə təmin olunub.

 

Qızım ali təhsilli, 3 diplomu ola-ola işsizdir, oğlum isə ailəsini dolandırmaq üçün Azərbaycandan kənarda, qonşu ölkədə işləmək məcburiyyətindədir, ölkəyə gəlib –gedir, yollardadır.

 

Halbuki mən qızımın və oğlumun dövlət müəsissələrində ixtisalarına uyğun işlə təmin olunması üçün rəsmi qurumlara yüzlərlə müraciət etmişəm.

 

Bu müraciətlərə cavab olaraq Sumqayıt icra hakimiyyətindən uzağı ofisant və satıcı kimi iş yerləri təklif olunub.

 

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirninin müavinin qəbulunda olandan sonra mənə yerli idarədən işə CV yazmağı məsləhət görüblər.

 

Halbuki bunları biz nazirliksiz, icra hakimiyyətsiz də özümüz də edə bilərik.

 

Şəhid ailəsi olaraq nəinki evlə təmin olmamışıq, bizi indiyəcən mənzil almaq üçün heç uçota da salmayıblar, növbəyə belə götürməyiblər.

 

Hələ üstəlik mənə deyilb ki, “sənə mənzil düşmür, hələ sizin mənzil sahəniz artıqdır 7 kv m2. Halbuki cəmi 28 m2 sahəli evdə 4 nəfər qeydiyyatdadır və mənzil şəraitimizin yaxşılaşdırmasına ehtiyacımız var. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil təssərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya dəfələrlə şəhid ailəsi olaraq evlə təmin olunmağımızla müraciət etmişəm, amma müsbət olmayıb indiyəcən məndən əlavə sənədlər istənilir.

 

Şəhid ailəsi olsaq da həmişə rəsmi qurumların diqqətindən kənarda qalmışıq.

 

2001 –ci ildə ailəmə köməklik edilməsini xahiş edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin  başçısı Təvəkkül Məmmədovun qəbulunda olarkən mənə nəinki köməklik edildi, əksinə onun tərəfindən təhqir edildim.

 

O mənə dedi ki, “ərini qoruya bilməmisən, məndən nə istəyirsən” .

 

Bundan başqa, sonrakı icra başçısı Vaqif Əliyevin də qəbulunda olarkən o mənə dedi ki, "bizim əlimizdə heç bir imkanımız yoxdur, imkanımız olan kimi nəzərə alacağıq”. O da icra başçısı vəzifəsindən gedənə kimi heç bir köməklik etmədi.

 

2011 –ci ildə icra başçısı Eldar Əzizovun qəbuluna dəfələrlə yazılsam da onun qəbuluna düşə bilməmişəm.

 

Hal-hazırda icra başçısı olan Zakir Fərəvov ümumiyyətlə özü qəbul etmir, dedilər, yalnız müavini ya kimsə başqa məmur qəbul edə bilər. Amma icra hakimiyyətində şikayətimiz dinləsələr də heç bir tədbir görülməyib, nəticə olmayıb.

 

Yəni, şəhid ailəsinə bu cür etinasızlıq 30 ilə yaxındır davam edir.

 

Şəhid ailəsi olaraq bizim problemi mətbu orqanınızda işqılandırmağınızı xahiş edirəm.

 

Əlaqə telefonu :055 538 41 22 

[email protected]

loading...
Diaspora