Həbs edilən generalı vətənpərvər zabit kimi tanıyıram - Polkovnik

Həbs edilən generalı vətənpərvər zabit kimi tanıyıram - Polkovnik backend

General-mayor Bəkir Orucovun həbsi sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Belə ki, vaxtilə onun əsgəri olan və ya onu tanıyan şəxslər B.Orucovu ləyaqətli, əsgərini sevən zabit kimi təqdim edirlər. Ona görə də generala qarşı irəli sürülən ittihamların şokunu yaşadıqlarını gizlətmirlər.

Bununla bağlı Axar.az-a açıqlama verən hərbi ekspert, polkovnik Şair Ramaldanov da bir zabit kimi Bəkir Orucovu yaxşı və vətənpərvər hərbçi kimi tanıdığını deyib.

“Bəkir Orucovu mən də vətənpərvər bir zabit kimi tanıyıram. Onun general rütbəsi daşıması da ona olan inamın, etibarın göstəricisidir. Amma bu məsələ ilə bağlı heç nə demək istəmirəm. Çünki hələ detallar bəlli deyil, istintaq gedir. İstintaqın nəticəsindən asılı olaraq biz qiymətləndirmə apara bilərik”.

loading...
Diaspora