Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində postmüharibə dövründə Vətən müharibəsi əlilləri da daxil olmaqla ümumilikdə 52 nəfər gözdən əlilliyi olan şəxsə xidmət göstərilib.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, onlar Müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində sosial, tibbi, pedaqoji, idman, eləcə də psixoloji reabilitasiya xidmətlərinə cəlb ediliblər.
Şöbə 5-29 yaşlı gözdən əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Onların hər biri ilə fərdi inkişaf proqramına uyğun olaraq iş aparılır.




