Vətən müharibəsi iştirakçısının iddialarına nazirlikdən AÇIQLAMA - VİDEO

Vətən müharibəsi iştirakçısının iddialarına nazirlikdən  AÇIQLAMA - VİDEO backend

"Vətən müharibəsi iştirakçısı olan İmişli rayon sakini Tağızadə İlqar Mənəf oğlunun Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq ona 1 yanvar 2022-ci il tarixindən müharibə veteranı statusu verilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir".

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bundan başqa, İlqarın özünüməşğulluq proqramına cəlb edilməsi üçün 13 iyun 2022-ci ildə yaşadığı ünvanda maddi-məişət şəraitinə baxış keçirilib. Monitorinq zamanı onun mülkiyyətində nəqliyyat vasitəsi və həyətyanı təsərrüfatında 4 baş iribuynuzlu heyvan və 15 baş xırdabuynuzlu heyvan mövcud olduğu üçün, qaydalara uyğun olaraq özünüməşğulluq proqramına qoşula bilməyib.

Qanunvericiliyin tələbləri və özünüməşğulluq proqramının mahiyyəti barədə İlqara dəfələrlə izah edilməsinə baxmayaraq, sentyabrın 8-də bir neçə nəfərlə birgə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon nümayəndəliyinə gələrək qəbul qaydalarını pozub, icazəsiz çəkiliş aparıb, statusundan sui-istifadə edərək imtina qərarının dəyişdirilməsi üçün cəhdlər edib.

Qalib ordumuzun əsgəri adindan sui-istifadə edərək hüququ yaranmadığı halda hər hansı sosial dəstək tədbirindən yararlanmağa çalışmaq və buna ehtiyacı olan aztəminatlı veteranların və şəhid ailələrinin haqqına girməyə cəhd etmək yolverilməzdir".

Diaspora