Bakı bulvarının uzunluğu 16 kilometrə çatıb

Bakı bulvarının uzunluğu 16 kilometrə çatıb backend

Bakı Dənizkənarı Bulvarında aparılan əsaslı təmir-tikinti işlərindən sonra bulvarın uzunluğu 16 kilometrə çatıb.



Dənizkənarı Bulvar İdarəsindən AZƏRTAC-a bildirilib ki, tikintisi artıq başa çatdırılmış Bakı Ağ Şəhər bulvarında basketbol, voleybol və iki futbol meydançası istifadəyə verilib. Ümumilikdə isə burada dörd yeni meydança və açıq trenajor meydançası fəaliyyət göstərir.

Bundan əlavə, bulvarda gəzinti qatarlarının hərəkəti üçün daha bir marşrut xətti istifadəyə verilib. Qatarlar yeni marşrut xətti üzrə Bakı Ağ Şəhər bulvarındakı “Bulvar Hoteli”nin qarşısından Su İdman Sarayına qədər olan ərazidə 14 yerdə dayanmaqla hərəkət edir. Bu marşrut üzrə hərəkət edən qatarlara minən şəxslər bütün bulvar ərazisini görə bilirlər.