Sinqapurda quldurlar tərksilah ediliblər

Sinqapurda quldurlar tərksilah ediliblər backend

Sinqapur hərbi-dəniz qüvvələrinin (HDQ) gəmisi İndoneziya HDQ-nin köməyi ilə Malayziya bayrağı altında üzən buksiri ələ keçirmiş dəniz quldurlarını tərksilah ediblər.

Bu barədə “The Straits Times” nəşri məlumat yayıb.

Qeyd edək ki, dəniz quldurları avqustun 1-də Sinqapur körfəzində gəmiyə hücum ediblər. Təhlükə barədə siqnal almış Sinqapur Sahil Mühafizəsinin gəmisi axtarışa başlayaraq, İndoneziyaya məxsus sularda gizlənməyə çalışan dəniz quldurlarını izləyib. İndoneziya HDQ-nin köməyi ilə saxlanılan dəniz quldurları həbs edilərək hüquq mühafizə orqanlarına təhvil veriliblər.

Dəniz quldurluğuna və silahlı hücumlara qarşı mübarizə mərkəzinin mütəxəssislərinin bildirdiyinə görə, ötən illə müqayisədə cari ildə belə hallar 22 faiz artıb.