DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb backend

Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələrinin şaxələndirilməsi işlərinin davamı olaraq proqram artıq televiziya sahəsini də əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi bu sahədə “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC ilə birgə layihəyə başlayıb.

Layihə 200 nəfər işsiz şəxsin AzTV-də işlə təmin edilməsini nəzərdə tutur.

İşə cəlb olunanların hər biri ilə əmək müqaviləsi imzalanacaq. Onlara aylıq əmək haqqı DOST İş Mərkəzi tərəfindən ödəniləcək. İşə götürüləcək şəxslər operator asissentinin köməkçisi, montaj asissentinin köməkçisi, arxiv işləri üzrə köməkçi, kargüzar və s. kimi peşələrdə çalışacaqlar. Bununla da aylıq əməkhaqqı almaqla yanaşı, televiziya fəaliyyəti sahələri üzrə ilkin  bilik və bacarıqlar da qazanacaqlar.

Ümumilikdə DOST İş Mərkəzi rayon (şəhər) icra hakimiyyətləri ilə yanaşı,  20-yə yaxın qurumla əməkdaşlıq həyata keçirir.

Bu da ictimai işlər proqramının fəaliyyət sahələrini xeyli genişləndirib. Nəticədə proqrama cəlb olunan və ilkin peşə hazırlığı olmayan şəxslər işlə təmin olunaraq, aylıq əməkhaqqı  almaqla bərabər, müxtəlif peşə sahələri üzrə bacarıqlara yiyələnmək, həmin bacarıqlar hesabına gələcəkdə sərbəst şəkildə öz məşğulluqlarını təmin edə bilmək imkanı da əldə edirlər.

loading...
Diaspora