Bu il pensiya, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4 mlrd. 362 mln. manat ödənilib

Bu il pensiya, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4 mlrd. 362 mln. manat ödənilib backend

Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 362 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz  və ya 379  mln. manat çoxdur.

loading...
Diaspora