Məhəbbət Kazımovun fotosu Laçında doğulduğu kəndə asıldı - VİDEO

Məhəbbət Kazımovun fotosu Laçında doğulduğu kəndə asıldı - VİDEO backend

Laçının Çorman kəndinin görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, görüntülərdə mərhum Əməkdar artist Məhəbbət Kazımovun fotosunun onun doğulduğu kənddə asıldığı əks olunub.

Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, “Laçınım” mahnısının sədaları altında dəfn olunub.

Onu da bildirək ki, M.Kazımov şənliklərdə “Laçınım” mahnısının sədaları altında rəqs etməyi qadağan etmişdi.

Diaspora