Litva nümayəndə heyəti DOST Agentliyində olub - FOTO

Litva nümayəndə heyəti DOST Agentliyində olub - FOTO backend

Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyenenin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ilə nümayəndə heyətinin görüşündə DOST konsepsiyası barədə geniş təqdimat edilib.

DOST mərkəzlərində vətəndaşlara əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən göstərildiyi, 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi diqqətə çatdırılıb.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Litva nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olub, əhaliyə xidmətlərin göstərilməsi prosesini izləyiblər.

loading...
Diaspora