Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar verildi - FOTO

Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar verildi - FOTO backend

İsmayıllıda torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Vətən müharibəsi iştirakçısı” medalının təqdimetmə mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edənlər tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. OVətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulanıb, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

Sonra “Vətən müharibəsi iştirakçısı” medalı veteranlara təqdim olunub.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

loading...
Diaspora